Dəmir yolu nəqliyyatı
Noyabrın 1-dən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı ikidən dördə çatdırılacaq.
Trend xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Qurumun bildirdiyinə görə, əlavə reyslərin təşkili ilə əlaqədar marşrut üzrə hərəkət cədvəli də yenilənəcək.
Mənbə qeyd edir ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımaları 2020-ci ilin martında COVID-19 pandemiyası səbəbindən dayandırılmışdı.
Xəbərdə vurğulanır ki, sözügedən marşrut üzrə qatarların fəaliyyəti altıillik fasilənin ardından 2026-cı il mayın 26-da bərpa edilib.


