N saylı hərbi hissənin tabor komandiri, mayor Taleh Alcəfərov özü və hərbçi yoldaşlarının Naftalanda polis zorakılığına məruz qaldığını deyir.
O, mediaya və hüquq müdafiəçilərinə müraciət edərək, başına gələnlərin ictimailəşdirilməsini istəyib.
Zabit deyir ki, Naftalan rayon Polis Şöbəsində məruz qaldığı zorakılıq və təhqirlər üzündən özünü öldürmək həddinə çatıb.
Həmin gün 10 nəfərdən çox hərbçi yoldaşı ilə Naftalandakı kafelərdən birində olublar. Kafedən çıxanda onları mülki geyimli şəxslər saxlayıb.
“Məni dəhşətə gətirən budur ki, heç bir cinayət törətməmiş adamlara qarşı bunları necə etmək olar?! Məni yerdə təpiklədilər, döydülər. Mənim üzümə tüpürülməsi isə son hədd oldu. Bu təhqiri heç cür həzm edə bilmirəm. Bir Ordunun zabitinin şərəfini bu şəkildə necə təhqir eləmək olar? İntihar həddindəyəm…”.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Növbəti yazı Mortal Kombata yenilik gəldi