Azərbaycandan Fransaya gedən “Telegram”ın qurucusu Pavel Durov Parisdə həbs edilib.
Fransanın TF1 kanalı bu haqda məlumat yayıb.
Durovun saxlanması haqda müstəntiq TF1 kanalına deyib ki, Pavel bir çox cinayətlərdə şübhəli bilinir:
“Telegram kriminal məzmunlu materiallar mənbəyidir. Hazırda platforma qeyri-qanuni oyunların yayımlanması ilə diqqət mərkəzindədir, lakin bu xidmətdə bir çox hesablar mütəşəkkil cinayətkarlar tərəfindən istifadə olunur. Terrorçuluqdan əlavə, ən təhlükəli cinayətkarlar Telegram-dan uşaq pornosu məzmununu mübadilə etmək üçün istifadə edirlər.”
Pavel Durov ötən həftə Azərbaycanda səfərdə olub, dövlət rəsmiləriylə görüşmüşdü.
TF1 kanalı yazır ki, Pavel Durovu Fransada 20 ilə qədər həbs gözləyir. Pavel tezliklə Fransa vətəndaşı kimi məhkəmə qarşısına çıxacaq.
Foto: Hamam Times