PKK (Kürdüstan Fəhlə Partiyası) tarixi qərar qəbul edib.

PKK 5-7 may tarixlərində konqres keçirərək, silahlı mübarizəni sonlandırma və özünü ləğvetmə qərarı alıb:
“Böyük məhrumiyyətlərə baxmayaraq, 52 ildir ki, Rəhbərlik və PKK-nin yürüşünə qoşulan, inkar və məhvetmə siyasətinə, soyqırım və assimilyasiya siyasətinə qarşı mübarizə aparan şərəfli xalqımız sülh və demokratik cəmiyyət prosesini daha şüurlu və təşkilatlı şəkildə sahiblənəcək.
PKK-nın ləğvi və silahlı mübarizə metoduna son qoyulması ilə bağlı konqresimizin qəbul etdiyi qərar daimi sülh və demokratik həll üçün güclü fundament yaradır.
Sözügedən qərarların həyata keçirilməsi Rəhbər Apodan prosesə rəhbərlik və istiqamət verməsini, demokratik siyasət haqqının tanınmasını, möhkəm və sağlam hüquqi təminat verilməsini tələb edir.
Bu mərhələdə Türkiyə Böyük Millət Məclisinin tarixi məsuliyyətlə öz rolunu oynaması vacibdir. Eyni şəkildə, hökumət və ana müxalifət partiyası başda olmaqla, parlamentdə təmsil olunan siyasi partiyaları, vətəndaş cəmiyyəti təşkilatlarını, din və inanc icmalarını, demokratik mətbuat təşkilatlarını, ictimai rəy liderlərini, ziyalıları, alimləri, sənətçiləri, işçi-əməkçi ittifaqlarını, qadın və gənclər təşkilatlarını, ekologist hərəkatları məsuliyyət götürərək, sülh və demokratik cəmiyyət quruculuğu prosesində iştirak etməyə çağırırıq”.