BBC: PKK tarixi qərarlar qəbul edib, yaxın günlərdə açıqlanacaq.
Türkiyədə hökumətə yaxın media qurumlarına əsasən, Ərdoğan deyib ki, bütün maneələri aşmışıq, PKK bu günə-sabaha silahlarını yerə qoyub, təşkilatı buraxacaq:
“Bundan sonra hamımız üçün yeni proses, yeni dövr başlayacaq. Siyasətin üzərinə böyük iş düşəcək”.
Kürd mediasında gedən xəbərlərə görə, PKK lideri Abdullah Öcalanın silahsızlanma çağırışından sonra təşkilat mayın 5-7-də qurultay keçirib. İddiaya görə, Öcalan özü telefon vasitəsilə şəxsən qurultaya qoşulub.
Yaxın günlərdə PKK-nin silahsızlanma və özünü buraxma ilə bağlı bəyanat yayacağı bildirilir.
