Öcalanın çoxdandır gözlənilən məktubu oxunub
PKK-nin qurucusu Abdullah Öcalan ictimaiyyətə məktubla müraciət edib.

O, məktubunda PKK-nin silahı yerə qoymalı olduğunu, özünü buraaxmalı olduğunu bildirib.
Məktubdan əlavə göndərdiyi qeyddə bildirib ki, PKK-nın tərksilah olması demokratik siyasi və hüquqi müstəvilərin tanınmasını tələb edir.
Adbullah Öcalan sülh çağırışı barədə bunları deyib:
“PKK qadağaların yaratdığı problemlərə görə yaranmışdı. Cümhuriyyət tarixində ən uzun üsyançı hərəkat olan PKK-nin güclənməsi ekstremizmin nəticəsidir. PKK cümhuriyyətin tək tip ideologiyasının basqıları nəticəsində yaranmışdır.
Min ildir varlığını qoruyan Türk-Kürd münasibətləri ittifaqa doğru inkişaf etməlidir. Cümhuriyyətin 2-ci əsri yalnız demokratik güzəştlərlə yaxşılaşa bilər. Cənab Bahçeli və cənab prezident Ərdoğanın ortaya qoyduğu iradə sayəsində bu çağırışı edirəm”.
