İsrail 150 fələstinli məhbusu, Həmas isə 50 israilli girovu azad edəcək.
İsrailin baş naziri Binyamin Netanyahu bu gün səhər Qəzza sektorunda azı dörd günlük atəşkəs elan edib.
Bu müddətdə Həmas 50 girovu azad etmək öhdəliyi götürüb. İsrail isə bunun müqabilində əksəriyyəti qadın və uşaq olmaqla 150-yə yaxın fələstinli məhbusu azad etməyə razılaşıb.
Foto: Hamam Times
Bu, razılaşmanın ilk mərhələsidir. Atəşkəsin uzadılması ilə nəticələnə biləcək ikinci mərhələdə Həmasın azad etdiyi hər 10 girova görə fasilə daha bir gün uzanacaq.