Türkiyədə Fatih Terim, Emre Belözoğlu, Arda Turan və Fernando Musleranın milyonalarla dollarının arxasına keçən bank müdirinin məhkəməsi başlayıb.

Bank müdiri Seçil Erzanın futbol dünyasında bir çox adamı “yüksək gəlirli gizli fond” vədi ilə aldatdığı deyilir.

Seçil Erzan məhkəmədə ittihamları rədd edərək fırıldaqçı olmadığını deyib.

Fatih Terimdən aldığı 300 min dolları geri qaytardığını deyən bank müdiri Musleraya cəmi 500 min dollar borcu qaldığını, Arda Turanın isə 13,9 milyon dollarını geri verəcəyini deyir.

Emre Belözloğlu isə indiyədək yığdığı pulun hamısını – 4 milyon 200 min dollar verdiyini, lakin geri ala bilmədiyini deyir.

Məhkəmə 12 dekabr tarixində davam edəcək.

Leave A Reply