Ukrayna Rusiyanın Qara Dəniz Donanmasının qərargahına raket zərbəsi endirib. Bu barədə Rusiyanın təyin etdiyi Sevastopol qubernatoru danışıb.
Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynanın Sevastopol istiqamətində atdığı 5 raketi zərərsizləşdirib. Lakin raket zərbələrindən biri Qara dəniz donanmasının tarixi qərargah binasına ziyan vurub və bir əsgərin ölümünə səbəb olub.
Ukrayna son bir ayda Krımda yerləşən Rusiya hərbi bazalarına, hava hücumundan müdafiə sistemlərinə və körpülərə hücumlarını artırıb.

Leave A Reply