Yenə məmurlar, yenə özbaşınalıq!

Jurnalist Səxavət Məmməd yazır ki, işğaldan azad edilmiş ərazilərdə məmurlar biznes qururlar, xalqa isə torpaq verilmir:

“Əvvəl məmurlar büdcə talamaq, rüşvət almaqla məşğul idi. İndi hansı fermaya, meyvə bağına baxırsan deyirlər, filan məmurundur.

Qarabağda salamat qalan bəlkə yeganə qəbiristanlıq bizim Yusifcanlı kəndinin qəbiristanlığıdır. Amma insanları qoymurlar getməyə. Fakt getmişəm. Məmurlar deyir, ora mina ilə doludur. Ancaq qəbirstanlığın “reşotka”larını söküb məmurlar qoyun-quzularına yer düzəldib.

Kəndin camaatı torpaq üzünə həsrətdir, ancaq torpağı əkilir də, biçilir də. Müharibədən əvvəl gedib, səngərdən kəndə baxmaq olurdu, erməni gülləsindən qorxmayan adamlar, məmur şərindən qorxur”.

Leave A Reply