Dağlıq Qarabağdakı sülhməramlılar “görkəmli xidmətlərinə” görə Rusiya Müdafiə Nazirliyi tərəfindən mükafatlar və fərqlənmə nişanları ilə təltif ediliblər.
Bu barədə Rusiya Hərbi İdarəsi məlumat yayıb.
Mükafatlandırma mərasimində Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı komandiri general-mayoru Kirill Kulakov danışıb:
“Sizə dövlətimizin sülhməramlı kontingent qarşısında qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsini – insanların öz evlərinə, torpaqlarına qayıtması, sülh və əmin-amanlıq içində yaşaması üçün şərait yaradılmasını – arzulayıram”.