“Əgər səni polis məntəqəsinə gətiriblərsə, haqlı olsan belə cərimə ödəməlisən”
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Bakıda başına gələnlər haqqında Rusiya mətbuatına danışıb.
Lunyov deyir ki, bir gün yol polisi onu saxlayıb, daha sonra “Qarabağ”ın nümayəndəsinin köməyi iıə vəziyyətdən çıxa bilib.
“Ailəmi ticarət mərkəzinə düşürdükdən sonra komandanın bazasına yollanırdım. Mərkəzi küçələrin birində sakit avtomobili idarə edirdim. Oradakı yol hərəkəti qaydalarını bilirəm və zolaqları birdən-birə dəyişməməyə çalışıram. Birdən yol polisi tərəfindən saxlanıldım. Onlar sürətli hərəkət etdiyimi və zolağı tez dəyişdiyimi bildirdilər. Kamera görüntülərini təqdim edilməsini tələb etdim. Bundan başqa, həmin gün qrip olduğum üçün xarici görünüşüm heç də yaxşı deyildi. Polislər içkili olduğumu düşündülər, onlardan alkotestdən keçməyə hazır olduğumu dedim. Buna baxmayaraq, məni polis şöbəsinə apardılar. Nəticədə klubun nümayəndəsinə zəng vurdum, gəlib kömək etdi. İstənilən halda cərimə ödəməyə məcbur oldum. Ona görə ki, əgər orada səni polis məntəqəsinə gətiriblərsə, haqlı olsan belə cərimə ödəməlisən”.
Andrey Bakıda maşınların çox siqnal verdiyini deyib.`
Foto: Hamam Times
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
“Qarabağ”ın qapıçısı: ” Azərbaycanda haqlı olsan belə polisə cərimə ödəməlisən”
1 dəqiqəyə oxunur