Qazi Şamilov edib

Fevralın 7-də Sumqayıt şəhərinin bulvar ərazisində Natiq Şamilovun cansız bədəni tapılıb.

44 günlük müharibə iştirakçısı özünü tikintisi davam edən binadan asıb. Yaxınları deyir ki, Natiq Şamilovun borcları var imiş və o borc sahibləri tərəfindən sıxışdırılırmış.

2020-ci ildəki müharibədən bu günə qədər 50-dən çox qazi intihar edib. Onların əsas şikayətləri dolanışıq, psixoloji problemlər və dövlət dəstəyinin olmaması olub.

Qazilər bildirir ki, əlillik dərəcələri düzgün təyin edilmir, ayrılmış 80 AZN-lik veteran müavinəti isə yaşamaq üçün yetərli deyil.

Dəfələrlə Sosial Müdafiə Nazirliyinin qarşısında etirazlar keçirsələr də, bunların bir faydasının olmadığını deyirlər.

Bu problemləri ictimailəşdirən Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində isə ötən ilin aprelində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Həbsindən sonra o, ictimai birliyin buraxıldığını elan edib.

Hüquq müdafiəçiləri onun həbsinin siyasi motivli olduğunu bildirirlər.

Qazi Şamilov edib

Leave A Reply