Türkiyədə lirə dəyər itirməyə davam edir. İqtisadi böhran fonunda hələlik hökümət heç bir iqtisadi plan, təklif irəli sürməyib.

Lirənin çökdüyü ərəfədə Ərdoğanla Elon Mask arasında Videokonfrans olub.

Videokonfransda Türkiyədəki dövlət və özəl sektor qurumları ilə Maskın şirkətləri arasında müxtəlif sahələrdə, xüsusilə peyk və kosmik texnologiyalar sahəsində əməkdaşlıqla bağlı məsələlər danışılıb.

Həmçinin Türkiyənin yerli elektrik avtomobili TOGG-nin litium batareyaları ilə bağlı atılacaq ortaq addımlar müzakirə edilib.

Videokonfransda Türkiyənin yanvar ayında SpaceX vasitəsilə kosmosa göndərdiyi TÜRKSAT 5-A peykindən sonra TÜRKSAT 5-B peykinin kosmosa buraxılması prosesi də müzakirə mövzusu olub.

Leave A Reply