Belarus prezidenti Aleksandr Lukaşenko Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Lidiya Yermoşinanı vəzifəsindən azad edib. Onun istefaya göndərilməsinin səbəbləri açıqlanmayıb.

Bununla da ölkədə son 25 ildə ilk dəfə MSK-nın sədri dəyişib. Quruma yeni rəhbər əvvəllər təhsil naziri olmuş İqor Karpenko seçilib. O, həm də A. Lukaşenkonu dəstəkləyən Belarus Kommunist Partiyasının ikinci katibidir.

  • Belarus yeni konstitusiya üçün 2022-ci ilin fevralında referendum keçirməyi planlaşdırır. Ölkənin müxalifət liderləri öz tərəfdarlarını seçki məntəqələrinə gələrək bülletenləri korlamağa çağırırlar.
  • Belarus müxalifəti və beynəlxalq təşkilatlar hesab edirlər ki, respublikada seçkilərin və referendumların nəticələri daim saxtalaşdırılır.

Mənbə: Mikroskop Media

Leave A Reply