Hər iki əsgərin hazırda Şuşada olduğu bildirilir
Ermənistan iki Azərbaycan hərbçisini geri qaytarıb.
Onların dekabrın 18-də gündüz saatlarında əlverişsiz hava şəraitində yolu azaraq Laçın rayonunun dövlət sərhədi istiqamətində Ermənistan tərəfə keçdiyi bildirilib.
Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Nazirlik əsgərlər Teymur Hüseynovun və Murad Mustafayevin hazırda Şuşa şəhərində olduğunu bildirib:
“Onların sağlıq durumunda heç bir problem yoxdur”.
Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.
Dekabrın 19-da Azərbaycan 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistana təhvil verib.
Mənbə: Meydan TV