Fransa yaxın günlərdə Ukraynaya maliyyə yardımı göndərmək niyyətindədir. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib:

Fransanın xarici işlər naziri Jan-İv Le Drian yaxın günlərdə Ukraynaya 300 milyon avro maliyyə yardımı göndəriləcəyini təsdiqləyib.

məlumatda qeyd olunub

Nazirliyin açıqlamasında vurğulanıb ki, əlavə maliyyə yardımının ayrılması xarici işlər naziri Le Drian ilə ukraynalı həmkarı Dmitri Kuleba arasında söhbət zamanı müzakirə olunub.

 

Mənbə: Mikroskop Media

 

Leave A Reply