İ
İranda öldürülən və həbs edilən etirazçıların sayı açıqlanıb
İran İnsan Haqları Təşkilatı (IHRNGO) bu gün yaydığı məlumatda İranda davam edən etirazlarda 40-ı uşaq, 24-ü qadına olmaqla 277 nəfərin öldürüldüyünü bildirib.
Ölümlər 22 əyalətdə qeydə alınıb. Ən çox ölüm Sistan və Bəlucistan, Mazandaran, Tehran, Kürdüstan və Gilanda qeydə alınıb. Ən çox ölüm 21, 22 və 30 sentyabrda qeydə alınıb. Oktyabrın 27-si 12 ölümlə keçən həftənin ən qanlı günü olub.