“İsrail və Türkiyə diplomatik münasibətləri tamamilə bərpa edir”

Bunu İsrailin baş naziri Yair Lapid deyib

“Türkiyə ilə münasibətlərin bərpası regional sabitlik üçün mühüm qazanc və İsrail vətəndaşları üçün çox mühüm iqtisadi qazancdır. Biz İsrailin dünyada beynəlxalq statusunu gücləndirməyə davam edəcəyik”, – deyə Lapid ğbildirib.

İsrail və Türkiyə qarşılıqlı səfir və baş konsul təyin etməklə diplomatik münasibətləri tam bərpa edəcəklər.

Bu qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Yair Lapid arasında danışıqlardan sonra qəbul olunub.

Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu bu xəbəri təsdiqləyib və əlavə edib ki, Ankara Tel-Əvivdəki səfiri vasitəsilə fələstinlilərin hüquqlarını və Qüdsün statusunu müdafiə etməyə davam edəcək.

Bunu İsrailin baş naziri Yair Lapid deyib.

“Türkiyə ilə münasibətlərin bərpası regional sabitlik üçün mühüm qazanc və İsrail vətəndaşları üçün çox mühüm iqtisadi qazancdır. Biz İsrailin dünyada beynəlxalq statusunu gücləndirməyə davam edəcəyik”, – deyə Lapid bildirib.

Leave A Reply