Bir neçə gün əvvəl “Rusiyadan imiqrasiya etməyəcəm, etsəm də, heç vaxt Latviya, Litva, Gürcüstana getmərəm” deyən Kseniya Sobçak dünən Rusiyanı tərk edib.
Aparıcı Kseniya Sobçak Belarusdan Litvaya keçib. Litva tərəfi Sobçakın ölkəyə gəldiyini təsdiqləyib.
TASS agentliyi yazır ki, Sobçak “Rostex” dövlət korporasiyasına “hədə-qorxu” işində şübhəli bilinir. Ona qarşı irəli sürülmüş ittihamlar təsdiqlənsə, 15 ilədək həbs edilə bilər.
Kseniya Sobçakın işlədiyi “Tatler” jurnalının eks-baş redaktoru Arian Romanovski və kommersiya direktoru Kirill Suxanov bu cinayət işi ilə bağlı saxlanılıblar.
Kseniya Sobçak hakimiyyətə yaxınlığıyla tanınır. Onun ölkədə qaçması Rusiya elitası içərisindəki böhrandan xəbər verir.

Leave A Reply