Yazıçılar Birliyi 35 ildir sədr olan 84 yaşlı Anar Rzayevi yenidən 5 illiyinə sədr seçmək üçün qurultaya dövlət büdcəsindən203 min vəsait xərcləyib. Jurnalist Çingiz Abdullayevdən bu haqda soruşduqda isə belə cavab verib:
“Bu qədər adama bilet almışıq. Buranın icarə haqqını ödəmişik. Onları mehmanxanaya yerləşdirmişik, kitab çap eləmişik. Bəs siz bilmirsiniz? Bu sözü məndən soruşmağa utanmırsınız, ölmürsüz?” Əslində ayırılan vəsaitdən daha çox pul çox xərclənib. Gəlib neçə gündür burada qalanların mehmanxana pulu, yeyib-içmək pulu, rayonlardan gələnlərin yolpulu… İçəri girəndə posterlərə baxmamısınız? Başa düşürsünüz? Utanmırsınız, Xalq yazıçısıdan soruşursunuz pullar hanı?”
Çingiz Abdullayevdən sonra Aqil Abbas Azərbaycan Yazıçılar Birliyinin qurultayı haqda danışıb.
“203 min manat belə qurultay üçün “semiçka” puludur. Burda təəccüblü nə var axı?”
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, “Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən” deməsi böyük qalmaqala səbəb olub.

Leave A Reply