9 il əvvəl Azərbaycanda bir ənənəyə son qoyuldu.

Bir neçə il təmtəraqla Heydər Əliyevin doğum günündə keçirilən Gül Bayramı bir daha təşkil edilmədi.

Buna səbəb 2016-cı il 10 may gecə Mərkəzi Bankın qarşısındakı Heydər Əliyev heykəlinin yazılması idi.

Gənc anarxistlər Bayram Məmmədov və Qiyas İbrahimov heykələ “Qul bayramınız mübarək” və “Fuck the system” yazmışdılar.

Onlar növbəti gün saxlanılaraq, külli miqdar narkotiklə ittiham olunmuş və 10 il həbs almışdılar. Həbs edilmələrindən 3 il sonra, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıblar.

Bayram Məmmədov həbsdən çıxdıqdan cəmi 2 il sonra vəfat edib. O, İstanbul Boğazında, Moda sahilində ölü tapılıb. Aktivistlər onun ölümünün müəmmalı şərtlərdə baş verdiyini deyirlər.

Leave A Reply