Rasim Balayev deyib ki, “Azərbaycanda Prezident seçkiləri 7 ildən bir keçiriləcək, həmişə də İlham Əliyev seçiləcək”.

                                                                                                 Foto: Hamam Times

 

“Elə bir adam yoxdur ki, cənab İlham Əliyevdən yaxşı prezident olsun. İlham Əliyevin gördüyü işlərə, hərtərəfli fəaliyyətinə görə ona alternativ yoxdur. Əliyev seçiləcək. Mən də ona səs verəcəyəm”.

O, İlham Əliyevin ömürlük prezident seçilməsi barədə fikirlərə də münasibət bildirib:

“Niyə ömürlük olsun? Birdəfəlik Prezident olsa, onda dünya ictimaiyyətində belə fikir yaranar ki, Azərbaycanda totalitarizmdir. Prezident seçkiləri yeddi ildən bir keçiriləcək, həmişə də İlham Əliyev seçiləcək, ömrünün axırına kimi.”

 

 

 

Leave A Reply