Daxili İşlər Nazirliyi Tahirə Tahirqızının ölkədən çıxışına qadağa qoyub.

Meydan Tv-nin məlumatına görə, həbsdə olan “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına qadağa qoyulub.

Tahirə Tahirqızı Daxili İşlər Nazirliyinin onun ölkədən çıxışına qadağa qoyması barədə qərarını ədalətli hesab etmir və qanunvericiliyə əsaslanmadığını bildirir.

“Bu qərar humanistlik baxımından düzgün deyil. Oğlumu uydurma ittihamla həbs edibsiniz. İndi də onun xəstə atasına əziyyət verirsiniz”.

Leave A Reply