Rusiya şirkəti AZAL-ın təyyarəsinə görə sığorta ödənişi edib.

Ödənişi Rusiyanın sığorta nəhəngi “AlfaSığorta“ həyata keçirib.

Lakin şirkət AZAL-a ödənilən məbləği açıqlamayıb.

Rusiya mətbuatında yayılan xəbərə görə, AZAL-a sığorta ödənişi fevral ayında həyata keçirilib.

Bundan əlavə, sərnişinlərə dəyən ziyana görə də şirkətin ödənişlər etməyə başladığı bildirilir.

Leave A Reply