Yol nişanlarında Nardaran yerinə Sea Breeze yazılıb.

Bu barədə professor, memar Elçin Əliyev məlumat verib.
O bildirib ki, “min illik tarixə malik olan qədim Abşeron kəndi Nardaranın adı əsas yolların kənarındakı bütün nişanlardan silinib – onun yerinə Sea Breeze yazırlar. Niyə? Bu axı düzgün deyil“.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəyişikliyi belə izah edib:
“Həmin istiqamətdə Nardaran, Pirşağı, Fatmayı, Goradil, Novxanı və digər ərazi vahidləri mövcuddur və bu adların hamısının eyni anda məlumat lövhələrində göstərilməsi mümkün olmayıb”.
Problem isə lövhələrdə haranınsa adının yazılması yox, mövcud olan Nardaran sözünün silinib yerinə Sea Breeze yazılmasıdır.
AYNA-da ya məsələni başa düşməyiblər, ya da özlərini o yerə qoymayıblar.