Müxalifət lideri həmçinin 1.2 milyon rubl cərimələnib

Rusiya müxalifət lideri Aleksey Navalnı mənimsəmədə və məhkəməyə həqarətdə təqsirli bilərək 9 il həbs cəzasına məhkum olunub.

Lefortovo Məhkəməsinin qərarına əsasən, Navalnı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Navalnı həmçinin 1.2 milyon rubl cərimələnib.

Aleksey Navalnı ötən il Moskva Şəhər Məhkəməsinin qərarı ilə həbs edilib.

2020-ci ilin avqustunda Tomskdan Moskvaya uçarkən hava limanında zəhərlənən rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyaya aparılmışdı.

O, kimyəvi maddə ilə zəhərlənməsində Rusiya Prezidenti Vladimir Putini günahlandırıb.

Kreml Navalnının zəhərlənməsində hər hansı rolunun olmadığını bildirib.

Navalnının zəhərlənməsinin səbəblərini araşdıran və onun korrupsiya araşdırmalarına istinad edən jurnalistlərə “xarici agent” damğası vurulub.

Onun təşkilatları ilə bağlı qərarda deyilir ki, onlarla işləmiş fəalları uzunmüddətli həbs cəzası gözləyir.

Navalnı 2021-ci ilin yanvarında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Onun barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib və o, 3.5 il müddətinə azadlıqdan məhrum edilib.

Yanvarın 25-də isə Aleksey Navalnı və onun bir neçə müttəfiqi də həmin “terrorçu və ekstremistlər” siyahısına əlavə edilib.

O vaxtdan bəri səlahiyyətlilər onun hərəkatına münasibəti daha da sərtləşdirib.

Nəticədə Navalnı tərəfdarlarından bir neçəsi ölkəni tərk edib.

Rusiyada etirazları və həbsləri izləyən OVD-İnfo qrupu Rusiyanın fevralın 27-də Ukraynanı işğal etməsindən sonra indiyədək 6006 nəfərin müharibə əleyhinə nümayişlərə görə həbs edildiyini bildirib.

Mənbə: Meydan TV

Leave A Reply