Rusiya pasportu olanlar Azərbaycanda 180 gün yox, 90 gün qala biləcəklər! 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyir ki, yaxın günlərdə Azərbaycan ərazisində Rusiya vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik ediləcək: 

“Azərbaycan hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək”.

Bir neçə gün əvvəl Rusiya Federasiyasının qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 1 yanvar 2025-ci il tarixdən etibarən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq.

Leave A Reply