“Sərhədlərin bağlı qalmasının dövlət büdcəsinə, turizm sektoruna xeyri çox olub” – Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisdə çıxışı zamanı belə deyib.
Foto: Hamam Times
Ancaq o bildirib ki, sərhədlərin bağlı qalmasının müsbət iqtisadi təsirləri barəsində əllərində dəqiq statistika yoxdur:
“Bununla bağlı təhlil aparmaq qərarına gəldik. Sərhədlərin bağlı qalmasının dövlət büdcəsinə faydalı olub.”
Koronavirus pandemiyasını əsas gətirən hakimiyyət ölkənin quru sərhədlərini 2 ildən çoxdur bağlı saxlayıb.