Foto: Hamam Times
Saakaşvili Paşinyana Avropa Birliyinə, NATO-ya qaçmağı məsləhət görür.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ermənistanın Baş naziri Nikol Paşinyana növbəti dəfə müraciət edib.
Hal-hazırda həbsdə olan keçmiş prezident bu barədə “Facebook” səhifəsində yazıb.
Mixail Saakaşvili Rusiyanın Ermənistanın bütün kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyduğunu yada salaraq Paşinyana çağırış edib ki, Avropa İttifaqına və NATO-ya “qaç”
“Mən bunu Ermənistanın Baş naziri üçün bir daha təkrar etmək istəyirəm: Hörmətli Nikol, qaç, daha sürətli qaç, KTMT-dən, Avrasiya Birliyindən arxaya baxmadan qaç. Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç. Ən əsası, ayağınızı Rusiyadan uzaqlaşdırın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin “bulldoq” kimidir. Dişlərini sıxana qədər dişləyir və buraxmır. Sağ qalmaq üçün bu dişləmədən uzaqlaşın. Əminəm ki, hələ də gec deyil. Tərəddüd etməyi və yırğalanmağı dayandırın. Gecikmə ölüm kimidir!”