Sabunçudan şikayət
Sabunçu qəsəbəsi sakini “HamamTimes”a yazır ki, icra hakimiyyətinin həyata keçirdiyi fəaliyyətlər nəticəsində yaşadığı bina yararsız hala düşüb.
Asif Əsədullayev küçəsi, ev 27 ünvanında yaşayan şikayətçi Rasim Orucov deyir ki, bəzi sakinlərə mənzillər verilib binadan köçürülsələr də, onun ailəsi dağılmaq təhlükəsi olan binada yaşamağa tərk edilib.
Deyir ki, binanın dam örtüyü dağıldığı üçün yağış yağanda birbaşa mənzilə dolur, bu isə yaşayışı qeyri-mümkün edir.
Orucov bildirir ki, İcra Hakimiyyəti tərəfindən ona qarşı məhkəmə iddiası qaldırılsa da, məhkəmə iddiaları rədd edib.
Orucov tələb edir ki, 7 ildir davam edən bu vəziyyət sona çatdırılsın, binanın dam örtüyü bərpa edilsin və normal yaşayış şəraiti təmin edilsin.
Sabunçudan şikayət