Ombudsman seçkisi
Milli Məclis noyabrın 3-də Səbinə Əliyevanı 7 il müddətinə yenidən İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) seçib. Səsvermədə Əliyeva 100, Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ceyhun Qaracayev 13, Ali Məhkəmənin hakimi Elşanə Vəliyeva 8 səs alıb. Seçilmək üçün 83 səs lazım idi. Üç namizədi parlamentə Prezident İlham Əliyev təqdim etmişdi.
Əliyeva bu vəzifəyə ilk dəfə 29 noyabr 2019-cu ildə seçilib. Qanuna görə, eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
Əliyeva parlamentdəki çıxışında deyib ki, qarşıdakı mərhələdə əsas hədəf Ombudsmanın tövsiyələrinin icrasına nəzarəti gücləndirmək və insan hüquqları sahəsində qanunvericiliyi təkmilləşdirməkdir.


