Sırrı Süreyya Öndər vəfat edib.
Rejissor, yazar, siyasətçi, Türkiyə parlamentinin spikeri olmuş Sırrı Süreyya Öndər bu gün vəfat edib.
Həm siyasətdə, həm də sənət dünyasında aktiv olan Öndər xüsusilə HDP-dəki (daha sonra DEM) fəaliyyəti, sülh quruculuğundakı rolu və tənqidçi çıxışları ilə tanınırdı.

1962-ci ildə Adıyamanda doğulan Öndər kino rejissoru kimi başladığı karyerasını daha sonra yazıçılıq və siyasətlə davam etdirib.
2011-ci ildən etibarən parlamentdə millət vəkili kimi fəaliyyət göstərən Öndər həm siyasi baxışları, həm də özünəməxsus üslubu ilə cəmiyyətin müxtəlif qruplarının diqqətini çəkə bilib.
Sırrı Süreyya Öndər Gezi Parkı etirazlarında da önəmli simalardan biri kimi yadda qalıb. O, ağacları kəsmək istəyənlərin önünə keçib “mən o ağacların da vəkiliyəm” demişdi.