Biləsuvar rayonu Nəsimi kəndində İsmayılov Vüsal İsmayıl oğlunun ailəsinə məxsus bu evin qazını borca görə kəsiblər.
Ailə 3 uşaqlı olmaqla 5 nəfərdən ibarətdir. Heç bir yandan gəlirləri yoxdur. İcra hakimiyyətinin başçısı Faiq Qürbətovdan tutmuş, dövlət idarələrinə qədər müraciət etsələr də baxan, yardım edən yoxdur.
Qışı donaraq, xəstəliklə keçirir bu ailə!