“Meydandan qan-tər içində çıxan futbolçular məcburən soyuq su ilə yuyunurlar”

Bir müddətdir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazı borc səbəbiylə kəsilib.

Qaza görə yaranmış borcun məbləğinin 100 min manata yaxın olduğu bildirilir.

AFFA İntizam Komitəsi isə borcun ödənmədiyinə görə klubu hər oyun 500 manat cərimə edir.

“Sumqayıt” futbol klubundan isə bildirilib ki, borcun çoxu klubun yox, stadionun borcudur.

Ən maraqlısı isə odur ki, Belarusun “Dinamo” klubu Ukrayna müharibəsinə görə ev oyunlarını Sumqayıtda keçirəcək.

Sizcə, onları da soyuq suda çimizdirəcəklər?

Leave A Reply