Suriyada gərginlik yüksəlir.

“Associated Press” xəbər agentliyinin məlumatına görə, Heyət Təhrir Əl Şam (HTŞ) və digər cihadçı qruplar Hələbə daxil olublar.

Silahlı qruplar Suriya və Rusiya ordularının İdlib və Hələb ətrafında intensiv hücumlarından sonra noyabrın 27-də əks-hücum başladıblar.

Məlumata qeyd edilir ki, silahlı qruplar Hələb ətrafındakı bir neçə qəsəbə və kəndləri ələ keçirib.

Suriya ordusuna məxsus çoxlu sayda ağır silah, texnika və hərbi maşının cihadçılar tərəfindən ələ keçirildiyi iddia edilib.

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) noyabrın 28-də əksəriyyəti HTŞ-dən olmaqla 153 nəfərin öldüyünü açıqlayıb. 

Leave A Reply