Tacikistan Prezidenti hicab taxmağı qadağan edən qanun imzalayıb.
Emoməli Rəhmon Tacikistan parlamenti tərəfindən qəbul edilən “yadelli geyimlərin” istifadəsini tənzimləyən qanunu təsdiqləyib.
Qanunun məqsədi tacik cəmiyyətində xurafat və fanatizmin qarşısını almaqdır.
Bildirilir ki, qanun ictimai yerlərdə qadınların hicab əvəzinə (sifətin örtülməməsi şərti ilə) baş yaylığı bağlamasına icazə verir.