Tanınmış iqtisadçıdan prezidentə çağırış
Yunanıstanlı siyasətçi və iqtisadçı Yanis Varufakis Fərid Mehrəlizadə və həbsdəki digər jurnalistlərə azadlıq çağırışı edib.
Varufakis bildirib ki, Fərid 2024-cü ilin mayından bəri həbsdədir və Azərbaycanda 20-dən çox jurnalist hakimiyyəti tənqid etdiklərinə görə azadlıqdan məhrum edilib.
- Türkiyəli deputat: “Gültəkin Hacıbəyli deport edilməməlidir”
- Əli Kərimli niyə həbs edildi? – “Azadlıq” qəzetinin redaktorları danışır
“Azərbaycan hökuməti iddia edir ki, Fərid və digər jurnalistlər jurnalistika fəaliyyətlərinə görə yox, müxtəlif cinayətlərə görə məhkum olunublar. Amma biz bunun belə olmadığını bilirik. Jurnalistləri həbs edən hər bir avtoritar rejim eyni şeyi iddia edir”, – Varufakis vurğulayıb.
Varufakis Fərid Mehralızadənin həbsxanada onun “Qızımla iqtisadiyyat söhbətləri” kitabını tərcümə etməsini təqdir edib.
Fərid Mehrəlizadə 6 nəfər “AbzasMedia” jurnalisti ilə birlikdə bu ilin iyun ayında 7-9 illik həbs cəzalarına məhkum ediliblər.
Tanınmış iqtisadçıdan prezidentə çağırış