Bu gecə tarixin ən qısa müharibəsi qeydə alınıb.

                                                                                       Foto: Hamam Times

ABŞ və Britaniya qüvvələri Yəməni bombalayıblar. Müharibə cəmi 20 dəqiqə çəkib.

Bundan əvvəl tarixə düşən ən qısa müharibə 40 dəqiqə çəkmişdi. 1896-cı ildə İngiltərə və Zənzibar arasında baş verən müharibədə sonuncular bir saat dolmadan təslim olmuşdu.

Dünən ABŞ və Bratiniyanın rəhbərlik etdiyi, Avstraliya, Hollandiya, Bəhreyn və Kanadanın iştirak etdiyi hərbi əməliyyatlar Yəməni idarə edən Husilərə qarşı keçirilib. Buna səbəb Fələstinə dəstək olan Husi qüvvələrinin İsrailə yük daşıyan gəmiləri hədəf alması olub.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya öz hədəflərinə çatdığını və hərbi əməliyyatların uğurla sonlandırıldığını bildirib.

Husilərin iddialarına görə isə, bu 20 dəqiqə ərzində onlar bir ABŞ gəmisini vura biliblər və əməliyyatlar bu səbəbdən tez sonlandırılıb. İsrail və ərəb mediası bu məlumatı doğrulasa da, iddia ilə bağlı foto və ya video-fakt paylaşılmayıb.

Leave A Reply