TƏBİB-də ixtisar

TƏBİB-ə (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) cəmi 1 həftə əvvəl icraçı direktor təyin olunan Anar Bayramov qurumda geniş kadr dəyişikliklərinə başlayıb.

Yeni rəhbərin imzaladığı qərarlarla bir anda 13 yüksək vəzifəli şəxs tutduqları vəzifələrdən azad edilib.

Vəzifəsindən azad olunanlar:

  • TƏBİB sədrinin 5 müşaviri: Pərvin Əkbərov, Zeynal Bayramlı, Elnur Qurbanov, Emil Qasımov, Vüqar Yaqublu,
  • Sabunçu Tibb Mərkəzinin direktoru – Nurəngiz Bəşirova,
  • Yeni Klinikanın direktoru – Barat Yusubov,
  • Kliniki Tibbi Mərkəzin direktoru – Könül Ələkbərov,
  • Respublika Təcili Tibbi Yardım Mərkəzinin direktoru – Mirələm Cəlalov
  • Nərimanov Tibb Mərkəzinin direktoru – Fazil Alməmmədov
  • Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi – Elçin Əmirov
  • Respublika Uroloji Xəstəxanasının direktoru – Pərviz Hacıyev
  • Strateji inkişaf departamentinin rəhbəri – Murad Mirzəyev

    Anar Bayramov aprelin 14-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib. Onun ilk həftədə imzaladığı əmrlər hökümətə yaxın mediada səhiyyə sistemində kadr islahatlarının başlanğıcı kimi qiymətləndirilir.

    Hazırda azad olunan vəzifələrə yeni təyinatlar barədə məlumat verilməyib. TƏBİB-dən rəsmi açıqlama yayılmayıb.

    Bu dəyişikliklər sosial şəbəkələrdə və mediada geniş müzakirə olunur. Bəzi müşahidəçilər yeni rəhbərin “köhnə kadrları” təmizləmə siyasəti apardığını, digərləri isə səhiyyə sistemində islahatlara start verildiyini qeyd edirlər.

    TƏBİB-də ixtisar

    Leave A Reply