ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff (Steve Witkoff) bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda yaxşı dostdurlar.

Vitkoff bu sözləri “Real Estate Impact Conference 2026″da çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında diplomatik sülh razılaşması təxminən 40 il davam edən münaqişəyə baxmayaraq, cəmi 6 həftə ərzində əldə olunub.

Vitkoffun əsas açıqlamaları:

  • Razılaşma əsasən mətbuatdan uzaq, diqqətdən kənarda və səs-küy olmadan aparılan danışıqlar sayəsində mümkün olub.
  • “Biz əsasən anlaşılmazlıqları aradan qaldırırıq. Azərbaycan və Ermənistanla bağlı iş bizim üçün ən asan razılaşmalardan biri oldu. Çünki “The New York Times” bundan xəbərsiz idi və prosesə təsir edə bilmədi. Nəticədə razılaşmanı 6 həftəyə əldə etdik”, – deyə Vitkoff vurğulayıb.
  • “Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyev yaxşı dostdurlar və onları Donald Trump bir araya gətirib. Bu, həqiqətən də diqqətəlayiqdir”, – deyə əlavə edib.

Vitkoff prosesin mətbuatın intensiv təsiri olmadan keçməsinin müsbət nəticə verdiyini xüsusi qeyd edib.

Bu açıqlama beynəlxalq və yerli mediada geniş yer alıb.

Stiv Vitkoffun bu bəyanatı Azərbaycan-Ermənistan münasibətlərində son dövrlərdə əldə olunan irəliləyişlərin ABŞ tərəfindən qiymətləndirilməsi kimi dəyərləndirilir.

Leave A Reply