NATO-Ermənistan tərəfdaşlığı

NATO Ermənistanla tərəfdaşlığını yüksək qiymətləndirir və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirməyə hazırdır.

Bu barədə NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

20-21 aprel tarixlərində Yerevana ilk rəsmi səfərini edən Kevin Hamilton Baş nazir Nikol Paşinyanla görüşüb. Görüş zamanı Ermənistan-NATO əməkdaşlığının perspektivləri, regional təhlükəsizlik məsələləri (o cümlədən hibrid təhdidlər), əlaqələndirmə və Ermənistan-Azərbaycan sülh prosesi müzakirə olunub.

Kevin Hamilton qeyd edib ki, NATO Ermənistanla mövcud tərəfdaşlığı dəyərləndirir və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə hazırdır.

Baş nazir Nikol Paşinyan isə Kevin Hamiltonu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və Ermənistan-NATO arasında sıx dialoqun vacibliyini vurğulayıb.

Görüşdə həmçinin Ermənistanın NATO ilə mövcud proqramların səmərəli icrası və əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Bu səfər Kevin Hamiltonun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə kimi Ermənistana ilk ziyarətidir.

NATO-Ermənistan tərəfdaşlığı

Leave A Reply