TƏBİB-in USAID-lə əməkdaşlıq etdiyi üzə çıxıb.

Bu barədə məlumat TƏBİB və USAID-in rəsmi saytlarında paylaşılıb.

Son bir il ərzində TƏBİB USAID-dən bir neçə milyon dollarla ölçülən qrant layihələri qazanıb.

Bundan əlavə, TƏBİB rəhbəri Vüqar Qurbanov dəfələrlə USAID üzvləri ilə görüşlər keçirərək, potensial əməkdaşlıq yollarını müzakirə ediblər.

Ən maraqlısı budur ki, TƏBİB-in rəsmi saytında dərc olunan və USAID-in də qeyd olunduğu “Beynəlxalq Əməkdaşlıq” adlı məqalədən USAID-in adı silinib. Təşkilatın adı Google axtarışında həmin məqalədə çıxsa da, məqaləni açdıqda orada olmadığı görülür.

Deyəsən, TƏBİB rəhbərliyi təmizlik işləri aparır.

Qeyd edək ki, hökumətə yaxın saytlar “AbzasMedia” rəhbərliyinin USAID-lə əməkdaşlığa görə həbs edildiyini iddia edirlər.

Sizcə növbə TƏBİB-dədir?

Leave A Reply