ABŞ-İran gərginliyi
Qəzetin hesablaması 51 böyük neft və qaz şirkətinin aprel-sentyabr nəticələrinə əsaslanır. Ötən ilin eyni dövründə onlar birlikdə 47 milyard dollardan az qazanmışdılar. Müharibə fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə başlayıb.
Braun Universitetinin hesablamasına görə, amerikalılar həmin vaxtdan benzin və dizelə 150 milyard dollar artıq ödəyib, bu da hər ailəyə 1150 dollardan çox deməkdir. Demokrat konqresmen Cim Makqovern Trampın sözlərinə cavab olaraq yazıb: “Biz sərvət qazanmırıq, sərvət ödəyirik”.
“Valero Energy”nin üçüncü rüb mənfəəti altı dəfədən çox artaraq 6,83 milyard dollar olub. “Phillips 66”nın mənfəəti 133 milyon dollardan 5,62 milyard dollara çatıb. “ExxonMobil” və “Chevron” 10-15 milyard dollar qazanıb, amma qəzetə görə, bu, 2022-ci il səviyyəsindən aşağıdır.
Analitik Nasir ət-Təmimi “Al Jazeera”ya izah edib ki, Yaxın Şərq və Rusiya emal zavodlarının zədələnməsi və Hörmüzdəki pozuntular yanacaq qıtlığını artırıb, təhlükəsiz bölgədəki ABŞ zavodları isə bundan qazanıb. Körfəz ölkələri isə qazana bilməyib: münaqişəni izləyən ACLED təşkilatı oradakı qeyri-hərbi obyektlərə azı 172 hücum sayıb.
Azərbaycan da bahalaşmadan qazananlar arasındadır. Dövlət Gömrük Komitəsinə görə, doqquz ayda ölkənin neft ixracının həcmi azalsa da, dəyəri 13 faiz artaraq 10,1 milyard dollara çatıb.


