Nazirlər Kabinetinin dünyada yayılmış koronavirusla (COVID-19) mübarizə çərçivəsində yeni qərar qəbul edib. Belə ki, Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 04 may 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.
Bu barədə “Report” xəbər agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
Xəbərdə deyilir ki, bunu nəzərə alaraq, sertifikasiya imtahanına hazırlıq təlimləri və sınaq imtahanlarının fərdi qaydada keçirilməsinə yenidən start verilir.
“Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı tibb işçiləri, fərdi formada, gün ərzində 5 nəfərdən artıq olmayaraq sınaq imtahanlarına və hazırlıq təlimlərinə cəlb edilə bilərlər. Həmçinin, həmin ərazilərdəki tibb işçiləri, eyni qaydada, könüllü olaraq, sertifikasiya imtahanlarında iştirak edə bilərlər. Əlavə məlumat üçün (012) 433-08-93 və (099) 891-50-00 telefon nömrəli ilə əlaqə saxlaya bilərlər”.