5 ildən sonra!

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımalar 1 maydan bərpa edilə bilər.

Bu məsələ Azərbaycanda səfərdə olan Gürcüstan Baş nazirinin birinci müavini Levan Davitaşvili tərəfindən müzakirəyə çıxarılıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşən gürcü nazir Tiflis-Bakı qatarı haqda da danışıb:

“Dəmir yolu ilə sərnişin daşımaları Gürcüstan turizmi üçün çox vacibdir. Azərbaycanlı həmkarımızla görüşdə bu il üçün daşımalarla bağlı proqnozu da müzakirə etdik”.

Leave A Reply