Avropada məktəb təmir etdiyimiz dövrdə…
Tovuzda şagirdlər sobanın tüstüsündən zəhərlənib.
Hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində qeydə alınıb.
TƏBİB-dən verilən məlumata görə, 71 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
“Məktəbin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstüdən zəhərlənmə nəticəsində 71 nəfərin xəstəxanaya yerləşdirilib”.
Zəhərlənənlərin arasında müəllimlər də var.