Tramp pedofiliya iddiaları barədə

Ötən şənbə, 25 aprel axşamı Vaşinqtonda Ağ Ev müxbirlərinin ənənəvi illik şam yeməyi zamanı silahlı insident baş verib. Prezident Donald Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident JD Vance və kabinet üzvləri təxliyə olunub.

Hadisə zamanı 31 yaşlı Koul Tomas Allen (Cole Thomas Allen) adlı şəxs silahla təhlükəsiz ərazyə daxil olmağa cəhd göstərib.

O, Mehriban Federal Suiqəsdçi (Friendly Federal Assassin) imzasını daşıyan manifesti ailə üzvlərinə göndərib və Tramp administrasiyasının yüksək vəzifəli şəxslərini hədəf aldığını bildirib.

Manifestdə Allen yazır:

“Artıq əllərimin pedofil, təcavüzkar və xainin cinayətləri ilə ləkələnməsinə icazə verməyəcəyəm”.

O, saxlanılıb. Hadisədə ölən və ya yaralanan olmayıb.

Trampın sərt reaksiyası

Hadisədən bir gün sonra, 26 apreldə Tramp CBS kanalının “60 Dəqiqə” proqramına müsahibə verib. Jurnalist Norah Odonnell manifestdəki sitatı səsləndirəndə Tramp qəzəblənib:

“Mən heç kimi zorlamamışam. Mən pedofil deyiləm. Xəstə bir adamın yazdığı bu zibili niyə oxuyursunuz? Siz utanc vericisiniz, üz qarasısınız!”

Tramp jurnalisti “başlıq yaratmaq” istəyində ittiham edib.

Epstein işi yenidən gündəmdə

Trampın bu sərt reaksiyası sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub.

Bir çox şərhçi hadisəni mərhum milyarder Ceffri Epşteynin cinayət işləri və Trampın əvvəlki əlaqələri ilə bağlayaraq “Epşteyn faylları”nı yenidən gündəmə gətirib.

Hazırda Federal Təhqiqat Bürosu (FBİ) və Gizli Xidmət motivlərini, mümkün radikallaşma səbəblərini və əlaqələrini araşdırır.

Tramp pedofiliya iddiaları barədə

Leave A Reply