“Turan Tovuz”un qapıçısı Bakının tıxacları barədə danışıb.
Rusiyalı qapıçısı İvan Konovalov vəziyyətin dəhşətli olduğunu deyib.

“Mən Moskvada Bakıdakı qədər tıxac görməmişəm. Xüsusilə günorta saat dörddən sonra – bu, sadəcə dəhşətdir. Bu vaxt insanlar necə yol gedirlər, bilmirəm. Burada 30 dəqiqə taksi gözləyə və sonra 40-50 dəqiqə yolda ola bilərsiniz. Baxmayaraq ki, yolun özü tıxac olmadan təxminən 15 dəqiqə çəkir. Amma belə çıxır ki, hamı eyni prospektdən keçir“, – deyə Konovalov bildirib.
Xatırladaq ki, ötən il “Qarabağ”ın qapıçısı Andrey Lunyov Bakıda Yol Polisinin ondan rüşvət alması ilə bağlı Rusiya mətbuatına danışmışdı. Bundan bir neçə ay sonra isə Qarabağ onunla yollarını ayırdı.
Sizcə, Konovalova problem yaratmazlar?