Turistlər pulunu verib, qadağan olunmuş quşları ovlayırlar.
Sonra yenə pulunu verib, sosial mediada şəklini paylaşırlar.
EcoFront-un xəbərinə görə, bir qrup Qətərli turist Biləsuvarda qış otlaqlarında qırmızı kitab növü olan bəzgək ovlayıblar.
Bir baş bəzgək quşu vurmağın cəriməsi 990 manatdır.
Qətərli turistlər ovlarıyla birlikdə şəkil çəkdirib, sosial mediada paylaşmağı da unutmayıblar.
Bunun cəriməsi isə şəkillərdəki hər quş üçün 2 min manatdır. Hər qanunun öz qiyməti var. Puluna minnət.